Azərbaycanda bu gün qısa iş günü tətbiq olunur.
Sabahdan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayramqabağı günlərdə iş müddəti bir saat azaldılır.
Bayramqabağı günlərin qısa iş günü olması əməkhaqqına təsir etmir, işçilər həmin gün üçün normal əməkhaqqı alırlar.
Qeyd edək ki, sabahdan ölkədə 5 günlük tətil başlayır və yanvarın 5-i Yeni ilin ilk iş günü olacaq.




