İsraildə DƏHŞƏTLİ VİRUS yayılır

İsraildə Ebola qızdırmasına yoluxma ehtimalı olan daha bir xəstə müəyyən edilərək “Şiba” Tibb Mərkəzində təcrid olunub.

Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

“Səhiyyə Nazirliyinə Ebola virusuna yoluxma şübhəsi olan şəxs barədə məlumat daxil olub. Konqo Demokratik Respublikasından (KDR) qayıtdıqdan sonra həmin şəxsin hərarəti yüksəlib. O, bu cür xəstələri qəbul etmək üçün təyin olunmuş ixtisaslaşdırılmış mərkəzlərdən birində – “Şiba” Tibb Mərkəzində təcrid edilib”, – deyə məlumatda bildirilir.

Səhiyyə Nazirliyindən qeyd olunub ki, Ebola virusu hava-damcı yolu ilə keçmir. Yoluxma yalnız simptomları olan xəstə şəxslə, yaxud onun qanı, bioloji mayeləri və ifrazatları ilə birbaşa təmas zamanı baş verir. Qurum əlavə edib ki, hazırda İsraildə virusa təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb.

İyun ayında nazirlik bildirib ki, İsraildə Ebola qızdırması simptomları ilə xəstəxanaya yerləşdirilən ilk iki nəfərin analiz nəticələri mənfi çıxıb.

Hər iki şəxs ölkəyə KDR-dən gəlib.

Qeyd edək ki, Ebolanın növbəti alovlanması KDR və Uqandada qeydə alınıb və bu, Afrikada müşahidə olunan bütün tarix ərzində ölüm sayına görə ikinci ən ağır epidemiya olub. Qızdırma KDR-in 26 əyalətindən 7-sini əhatə edib. Uqanda iyulun 28-də epidemiya alovlanmasının başa çatdığını elan edib, avqustun 25-də isə bu barədə Ümumdünya Səhiyyə Təşkilatına rəsmi məlumat təqdim olunub.