İrandan Hörmüz açıqlaması: Şərtlər tamamilə dəyişəcək

Gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtlər artıq əvvəlki kimi olmayacaq, yeni prosedur tətbiq olunacaq. 

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqiri Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən 1-ci Beynəlxalq Təhlükəsizlik Forumunun kuluarlarında TASS-a bildirib.

“Xüsusən Hörmüz boğazına gəldikdə, boğazdan keçmə şərtləri və bunun üçün prosedurlar, şübhəsiz ki, dəyişəcək. Tamamilə fərqli bir qayda yaranacaq”, – deyə o qeyd edib.