İranda çirkli hava ildə on minlərlə insanın ölümünə səbəb olur

“Hər il İranda çirkli havadan 30 min nəfər həyatını itirir”.

Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini Rza Məlikzadə deyib.

O bildirib ki, ki, onkoloji xəstəliklərin yaranmasında çirkli hava ən əsas səbəblərdən biridir.

“İranın 7 şəhərində hava çirklidir. Hətta evlərdə belə hava çirklidir. Bu da insanların vaxtından əvvəl ölümünə səbəb olur. Bizim hesablamalarımıza görə, hər il ölkədə çirkli havadan 30 min nəfər ölür”, – deyə R. Məlikzadə vurğulayıb.