İQTİSAD UNİVERSİTETİNİN ŞƏHİD TƏLƏBƏSİ MƏHƏMMƏD QARAYEVİN ANIM GÜNÜ QEYD OLUNDU

Azərbaycan Dövlət İqtisad Universitetinin BİZNES VƏ MENECMENT fakültəsinin şəhid məzunu Məhəmməd Qarayevin anım günü ehtiramla qeyd olunub.

Şəhidin əziz xatirəsini yad etmək məqsədilə UNİEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri müavini Günay Ağazadə və fəal THİK üzvləri Qəbələ rayonunda şəhidin evini və məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub, qəhrəmanlığından və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs edilib.

Anım mərasimində UNİEC-in BİZNES VƏ LOQİSTİKA fakültəsinin baş müəllimi Əlisalam Qasımov və fakültənin tələbəsi də iştirak ediblər. Çıxış edənlər şəhid Məhəmməd Qarayev haqqında xoş və qürurverici fikirlər səsləndirərək bildiriblər ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin daim yaddaşlarda yaşayacaq qəhrəman tələbələrindən biridir.

Ziyarət çərçivəsində şəhidin ailə üzvləri ilə də görüş keçirilib, valideynlərinə belə vətənpərvər və qəhrəman övlad yetişdirdikləri üçün minnətdarlıq ifadə olunub, onlara təsəlli və dəstək sözləri çatdırılıb.

Şəhidlərimiz daim qəlbimizdə yaşayacaq, onların əziz xatirəsi hər zaman böyük ehtiramla anılacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri