Milli Hidrometeorologiya Xidməti iyunun 12-13-də Bakı və Abşeron yarımadasında, 12-16-da isə bir sıra bölgələrdə müşahidə olunacaq küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.
Bakı və Abşeron yarımadası ilə yanaşı, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Goranboy, Naftalan və Şəmkir rayonlarında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Məlumata görə, küləyin sürəti sarı xəbərdarlıq meyarlarına uyğun olaraq saniyədə 13,9-20,7 metr təşkil edəcək.




