Hörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.

SEPAH Hərbi Dəniz Qüvvələri boğazın akvatoriyasında monitorinq sistemləri vasitəsilə “qaydaları pozan iki gəmini” – İsraillə əlaqəli “MSC Francesca” və “Epaminondas” gəmilərini “aşkar edib və saxlayıb”.

İran tərəfinin iddiasına görə, onlar icazə olmadan boğazdan gizli keçməyə cəhd edir, naviqasiya avadanlığını qəsdən sıradan çıxarır və təkrarən pozuntular törədirdilər.

Aprelin 24-də “Tasnim” agentliyi Liberiya bayrağı altında üzən “Epaminondas” konteyner gəmisinin saxlanıldığı barədə məlumat vermişdi.

Qeyd edək ki, bu ABŞ ordusu da regionda İranın “kölgə donanması”na məxsus gəmini saxlamışdı.