Həyatın mənası yeniliklərdir…

Amma yaxşı olardı ki, bunlar həmişə sevindirici olsun, uydurma olmasın, yalan olmasın, ağrılı-kədərli olmasın.
Təəssüf ki, bütün bunlar hələki arzularda qalır. Çalışaq sevindiricilərə dirsəklənək.
Xoş xəbərlər, öyrəntilər, xeyirli əməllər, işlər, yarantılar, gözəl tanışlıqlar, sərfəli gəlirlər, gəzintilər, əyləncələr arzularda qalmasın. Həyatın mənasına işıq qatsın…
Gözəl yeniliklərin işığını…
Bunlar hansı miqdarda olsa da şükür edək. Şükürlər də sevincin aynasıdır.
Yeni düşüncələr xoş məramlı olsun. Yeni sabahlar üzümüzü güldürsün. Hər yeni günü şükürlü olsun.
Yeni yemək, yeni qeyim belə sevindiricidir. Qəlbimizin hərarəti hər kiçik yeniliyə işıq qatır.
Əslində yemək də, geyim də kiçik bir şey deyil.
Yaşam ehtiyacının ilk pilləsidir və artıq hədsiz öyrəntilərlə, yeniliklərlə dolu həyatımızın qurucusudur.
Bəli, ac və qeyimsiz düşünə bilmərik.
O zaman Afrikada təyyarədən atılan yeməklə yaşayan insanlara çevrilərik.
Bu yenilik deyil və yenilənməsinə də ümid yoxdur.
Sevindirici yenilikləri məhv etdim.
Gəlin, öz həyatımıza qayıdaq. Dünyanın yeniliklərini düşünək və bunların hansı birinin həyatımıza sevinc qatacağını anlamamıza aydınlıq gətirəcəyini fikirləşək.
“Hər pis işdə bir xeyir var” fikirinə də inanaq.
İnanmayan da pisliyi xeyirə çevirməyi öyrənsin.
Bu yeniliyin olacağına da inanmasaq həyatın mənası itəcək.
İnşallah, Afrikadakılara dönmərik…

Sənubər Səhər