Gözyaşardıcıdan istifadə edib mağazanı taladı – VİDEO

0
330
Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ərzaq mağazalarının birindən oğurluq edən şəxsi saxlayıblar.

Cinayətkar qiyməti 10 min rubl (278 manat) olan dörd ədəd likör içkisi oğurlayıb.

Mağazanın təhlükəsizlik kameralarına düşən görüntülərdə oğrunun mağaza işçisinə qarşı gözyaşardıcı qazdan istifadə edərək qaçmağa macal tapıb.

Əməliyyat axtarışları nəticəsində əvvəllər məhkumluğu olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.