“Eurovision-2024” qalibi mükafatını geri qaytardı

“Eurovision-2024” müsabiqəsinin qalibi, İsveçrəli müğənni Nemo 2026-cı ildə İsrailin yarışda iştirakına icazə verilməsinə etiraz əlaməti olaraq qazandığı kuboku geri qaytarıb.

Bu barədə o, Instagram hesabında paylaşım edib.

“Keçən il Eurovision-u qazandım . Bu icmaya sonsuz təşəkkürüm var, amma bu gün artıq düşünürəm ki, kubok mənim rəfimdə olmamalıdır”, – deyə o yazıb.

Qeyd edək ki,  Avropa Yayım Birliyinin (EBU) İsrailin 2026-cı il “Eurovision” Mahnı Müsabiqəsində iştirakını təsdiqləməsindən sonra altı ölkə – İspaniya, Hollandiya, Sloveniya, Belçika, İslandiya və İrlandiya – yarışmadan çəkildiklərini açıqlayıb.