“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının 20-ci mərhələsi olan Braziliya Qran-prisinin qalibi olub.
İkinci yeri dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen (“Red Bull”), üçüncü yeri isə onun komanda yoldaşı, fransalı İsak Hacar tutub.
Eyni zamanda, “Mercedes” komandası 2026-cı il mövsümündə Konstruktorlar Kubokunun qalibi olub.
“Mercedes” sonuncu dəfə bu mükafatı 2021-ci ildə qazanmışdı. Komanda titulların sayına görə “Uilyams”la üçüncü yeri bölüşür (hər biri 9 titul). İlk iki pillədə isə “Maklaren” (10 titul) və “Ferrari” (16 titul) qərarlaşıb.



