Dünyanın ilk süni zəka universiteti BƏƏ-də açılır

0
445

Birləşmiş Ərəb Əmirlikləri dünyada ilk süni intellekt universitetini açır. BƏƏ rəhbərliyi Məhəmməd Bin Zayed Süni Zəka Universitetinin Abu Dabidə qurulduğunu açıqlayıb.

Dünyadakı ilk süni intellekt universiteti qapılarını 2020-ci ilin sentyabr ayında ilk tələbələri üçün açacaq.

Məzun olan tələbələr hökumət və şirkətlər tərəfindən süni intellekin inkişafı sahələrində işlə təmine ediləcəklər.

Abu Dabidə qurulan süni intellekt universitetinə qəbul olan tələbələrə təqaüd, aylıq müavinət, tibbi sığorta və yaşayış kimi imkanlar təklif ediləcək.