Dünyada İLK – Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi

Mayın 20-də rusiyalı parapmançı Rüstəm Nəbiyev tarixdə ilk dəfə olaraq yalnız əlləri ilə Everest zirvəsinə (8848 metr) qalxıb.

O, bu barədə öz “Instagram” hesabında paylaşım edib.

Rüstəm Nəbiyev 2015-ci ildə Omsk şəhərində Hava-Desant Qoşunlarının təlim mərkəzində kazarmanın çökməsi nəticəsində hər iki ayağını itirib. Həmin faciə zamanı ümumilikdə 21 nəfər həyatını itirmişdi

Uzunmüddətli müalicə və reabilitasiya prosesindən sonra o, idmana başlayıb. Əvvəlcə sled-hokkeylə məşğul olan Nəbiyev, 2020-ci ildən etibarən isə dağ zirvələrini fəth etməyə başlayıb.

Everestə qədər parapmançı artıq Elbrus (5642 m və 5621 m), Manaslu (8163 m), Ağrı (5165 m), Kazbek (5033 m), Kilimancaro (5895 m) və Akonkaqua (6962 m) zirvələrinə qalxmağa nail olmuşdu.

Everest yürüşü isə 2026-cı il aprelin 7-də başlayıb. Akklimatizasiya mərhələsini Nəbiyev hündürlüyü 6476 metr olan Mera Pik zirvəsində keçib. Bu zirvə onun alpinist karyerasında fəth etdiyi doqquzuncu zirvə olub.

Dünyada İLK   - Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi