Çində keçmiş sevgililərin süni intellekt əsaslı rəqəmsal surııtini yaratmağa imkan verən yeni servis təqdim olunub.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
Bildirilib ki, istifadəçilər sistemə yazışmaları, fotoları və sosial şəbəkə paylaşımlarını yükləyirlər. “Ex-partner.skill” modulu həmin məlumatlar əsasında insanın davranış modelini qurur və onun danışıq tərzini, düşüncə məntiqini və intonasiyasını təqlid edir. Virtual obrazı hətta sosial şəbəkələrə inteqrasiya etmək mümkündür.
Texnologiyanın tərəfdarları bunu ayrılıqdan sonra psixoloji rahatlıq üçün faydalı hesab edir, tənqidçilər isə şəxsi məlumatların icazəsiz istifadəsi, emosional asılılıq və real münasibətlərin rəqəmsal simulyasiyalarla əvəzlənməsi risklərinə diqqət çəkirlər.
Qeyd olunur ki, modul açıqmənbəli “Colleague Skill” layihəsi əsasında hazırlanıb.




