Bayram günlərində qatarlar şənbə-bazar qrafiki ilə işləyəcək

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günləri olduğundan, Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı istiqamətlərində hərəkət edən qatarlar şənbə-bazar günlərinin qrafikinə uyğun işləyəcək.

Azərbaycan Dəmir Yolları-nın məlumatına əsasən, sərnişinlər bu günlər üçün tətbiq ediləcək hərəkət cədvəli ilə qurumun rəsmi internet səhifəsi və “ADY Mobile” tətbiqi vasitəsilə tanış ola bilərlər.