Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb

 

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Qərarda deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilsin”.