Bakıda parkinq qiymətləri dəyişəcək – Ödənişsiz park yerləri isə…

0
526
Bakıda parkinq qiymətləri dəyişəcək -
Bəs parkinq xidmətinin hansı qiymət aralığında olacağı gözlənilir?

Məsələ ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov qeyd edib ki, tıxacların əsas səbəblərindən biri küçələrdən parkinq yeri kimi istifadə olunmasıdır:

“Aidiyyatı orqanlar şəhərin zonalara bölünməsi və müxtəlif tariflər müəyyən edilməsi ilə bağlı təcrübənin ölkəmiz üçün nə dərəcədə səmərəli olacağını köklü şəkildə araşdırmalıdır. Məsələ burasındadır ki, bizdə qeyri-qanuni park etmə halları, sürücülərin dayanma-durma hallarının pozmaları istənilən halda küçələrdə tıxacın yaranmasına və ya nəqliyyat vasitələrinin sıxlığına səbəb olur. Bir neçə küçəyə nəzər salsaq, görərik ki, bu yolların potensialı o qədər yüksək deyil ki, yolun sağ və sol tərəflərində maşınları saxlamaq olsun və bu da tıxaca gətirib çıxarmasın. Məsələn, Azadlıq prospektindən üzü 28 may metro stansiyasına olan yol 2 və 3 zolaqlıdır. Amma əksər hallarda onun şahidi oluruq ki, yolun sağında və solunda avtomobillər saxlanıldığı üçün sürücülər yalnız bir zolaqla hərəkət etməyə imkan tapırlar. Bu baxımdan qeyri-qanuni parkinq məsələləri ilə mübarizə şəhərdə mövcud olan tıxac problemini həll edəcək vasitədir. Parkinq yerləri olmalıdır. İnsanlar bu imkandan faydalanmalıdır. Yol infrastrukturunun imkan verdiyi yerlərdə yolun bir zolağı park yerləri üçün ayrıla bilər”.