Bakı metrosunda qatarların hərəkəti niyə ləngiyib? – AÇIQLAMA

0
357

Bu gün metroda qatarların hərəkətində problem yaranıb.

Bu səbəbdən qatarlar arasında gecikmə olub.

“Bakı Metropoliteni” ÜSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.

O bildirib ki, gecikməyə səbəb qatarın depoya göndərilməsi olub:

“Bu gün səhər saat 7:35 radələrində bir qatar “Nərimanov” stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub”.