Azərbaycanda bayram namazı qılındı – FOTOLENT

Azərbaycanda Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.

Saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

***
08:05

Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.

Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.