Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq.
Sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub.
İclasda “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.




