Avstraliyada 10 minə yaxın dəvə öldürüləcək

0
371

Avstraliyada 10 minə yaxın dəvə öldürüləcəkAvstraliya höküməti ölkədə hökm sürən meşə yanğınlarını söndürmək üçün minlərlə dəvəni öldürmək qərarına gəlib. Su ehtiyatlarının tükənməsində əsas pay sahibi olan 10 minə yaxın dəvə helikopterlərlə vurularaq öldürüləcək.

Əməliyyat çərşənbə günü ölkənin şimalında başlayacaq. Heyvanların cəsədləri yandırılacaq və ya torpağa basdırılacaq.

Bundan başqa, dəvələri məhv etmək qərarı atmosferə buraxılan parnik qazları tullantıları ilə bağlıdır. Belə ki, bu heyvanlar ildə bir ton karbon qazı buraxır. Dəvələrin populyasiyası isə hər doqquz ildə iki dəfə artır. Bu səbəbdən onların sayını daim tənzimlənmək lazımdır.