Avroviziya – 2026″nın bolqarıstanlı qalibi “Dara” ləqəbli Darina Yotova Türkiyə ilə bağlı diqqətçəkən açıqlama verib.
O, bu barədə “CNN Türk”ə danışıb.
Dara Türkiyənin Avroviziya səhnəsinə qayıtmalı olduğunu vurğulayıb. “Türkiyə həmişə rəngarəng və unikal bir ölkə olub. Musiqinizi bu səhnədə görmək çox dəyərlidir. Türkiyə bu platformaya layiqdir. Sizi gələn il Bolqarıstanda görmək istəyirik, lütfən, geri qayıdın”, – deyə o qeyd edib.
Həyat yoldaşının türk olduğunu deyən sənətçi tez-tez Türkiyəyə səfər etdiyini bildirib: “Həyat yoldaşım türkdür və ailəsi Bolqarıstanda yaşayır. Biz daim Türkiyəyə gedib-gəlirik. Türk mədəniyyətinin, yeməklərinin və insanlarının pərəstişkarıyam”.




