Antarktidadan son 50 ilin ən böyük buz kütləsi qopdu

0
396

 Sahesi 1600 kvadrat kilometr olan və ağırlığı 315 milyard ton olan nəhəng bir buz kütləsi materikdən qopub. Ekspertlər bunun son 50 ildə baş verən ən böyük qopma hadisəsi adlandırıb.

İqlim böhranında geri dönüşü olmayan nöqtənin keçilməsinə dair işarələrin bir nümunəsi də Antarktidanın 3-cü böyük buz sahəsi kimi tanınan Ameri sahəsində baş verib.

“D28” adlandırılan, 1600 kvadrat kilometr diametrində və 315 milyard ton ağırlığında nəhəng bir buz kütləsi materikdən qopub. Qopma hadisəsinin görüntüləri Avropa Kosmik Agentliyinə bağlı Kopernik Proqramının Sentinel-1 peyki tərəfindən çəkilib.

Alimlər nəhəng buz kütləsinin okean üzərindəki hərəkətlərini mümkün təhlükələrin qarşısını almaq naminə yaxından təqib edirlər. “D28” Ameri dəhlizində son 50 ildə qopan ən böyük kütlə kimi səciyyələndirilib.

Ancaq alimlər buz kütləsinin qopmasını uzun müddətdir gözləyirdi. Hətta regionda “Sallanan Diş” kimi tanınan bir ərazidə də var idi. Ancaq qopma əksinə D28-də baş verdi.