Aktyorun ölümünə görə köməkçisi həbs olundu

Aktyor Metyu Perrinin köməkçisi onun ölümü ilə bağlı iş üzrə həbs olunub.

Kaliforniya məhkəməsi aktyor Metyu Perrinin şəxsi köməkçisi 61 yaşlı Kennet İvamasunu 3 il, 5 ay müddətinə həbs cəzasına məhkum edib. O, həmçinin 10 min dollar məbləğində cərimə ödəməlidir.

İstintaqın məlumatına görə, Kennet İvamasu dəfələrlə aktyora ketamin adlı narkotik maddə inyeksiya edib. 2023-cü ilin oktyabrında etdiyi inyeksiyalardan biri ölümcül olub.

Amerikalı aktyor Metyu Perri 2023-cü ilin oktyabrında 54 yaşında vəfat edib. O, “Friends” serialındakı “Çandler Binq” obrazı ilə məşhurlaşıb.