Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşən şəxsin vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 14:00 radələrinDə 1967-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.




