ABŞ İrandakı hərbi əməliyyata nə qədər pul xərcləyib?

ABŞ-nin İrandakı hərbi əməliyyata xərcləri 95.2 milyard dolları keçib.

Bu barədə “Iran War Cost Tracker” portalı məlumat verib.

Portalın real vaxt rejimində işləyən sayğacı 10 martda ABŞ Konqresi üçün Pentaqonun brifinqinə əsaslanır.

Həmin brifinqdə iddia olunurdu ki, Vaşinqton Yaxın Şərqdə hərbi əməliyyatların ilk altı günündə 11.3 milyard dollar xərcləyib və gələcəkdə münaqişənin hər sonrakı günü üçün əlavə olaraq 1 milyard dollar xərcləməyi planlaşdırır.