ABŞ-dan tarixi etiraf: Osmanlı İmperiyasının süqutundan sonra Qərb hər şeyi səhv edib

“Osmanlı İmperiyasının süqutundan bu yana Qərbin Yaxın Şərqdə etdiyi hər şey səhv olub”.

Bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.

Tom Barak bu barədə Manama Təhlükəsizlik Dialoqunda bildirib. “Osmanlı İmperiyasının süqutundan sonra Qərbin Yaxın Şərqdə etdiyi hər şey səhv olub. Nə işləyirsə, xeyirxah monarxiyadır”, – deyə səfir vurğulayıb.