ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməyə hazırlaşır.
İddialara görə, Vaşinqton adanın cənubunda üç yeni hərbi baza yaratmaq üçün Danimarka ilə gizli diplomatik danışıqlar aparır.
Yeni bazaların əsas məqsədinin Rusiya və Çinin Şimali Atlantikdəki fəaliyyətlərini izləmək olduğu bildirilir. Bazaların strateji əhəmiyyət daşıyan “GIUK keçidi” bölgəsində yerləşdirilməsi planlaşdırılır.
Məlumata görə, ilk namizəd bölgə keçmiş hərbi hava limanının yerləşdiyi Narsarsuaqdır. ABŞ-ın həmçinin, mövcud liman və hava limanı infrastrukturu olan ərazilərə üstünlük verəcəyi qeyd olunub.
Qeyd edək ki, Hazırda ABŞ-ın Qrenlandiyada yalnız Pituffik Kosmik Bazası fəaliyyət göstərir. Yeni obyektlərin isə dəniz müdafiə imkanlarını gücləndirəcəyi vurğulanır.




