ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hantavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq mövcud üç təhlükə dərəcəsindən ən aşağısı sayılan 3-cü səviyyəli ictimai səhiyyə fövqəladə vəziyyəti tətbiq edib.
Bu hadisə barədə “ABC” telekanalı xəbər paylaşıb.
Tətbiq edilən bu rejim standart qaydalara cavab verir və vətəndaşlar üçün təhlükənin hələ də minimal olduğunu təsdiqləyir. Buna baxmayaraq, tibb qurumları mövcud şəraiti xüsusi diqqətdə saxlayır.
Yaranmış vəziyyətlə əlaqədar CDC operativ əməliyyat mərkəzlərinin fəaliyyətini aktivləşdirib. Bu mərkəzlərin işə düşməsi, infeksiyaya qarşı atılan addımları tənzimləmək və onlara dəstək vermək məqsədilə xüsusi fəaliyyət qrupunun təşkil olunmasını ehtiva edir.




