Əyani tədris bərpa olunur: Məktəbli formalarının alışında artım varmı?

0
341

Bir neçə gün əvvəl təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirdiyi brifinqdə 22 sentyabr tarixindən l-IV siniflər, 29 sentyabr tarixindən V-XI siniflər üçün əyani tədrisin başlanacağını qeyd edib. 

Açıqlanan qərardan sonra məktəbli formalarının alışında dəyişiklik varmı? 

Məsələ barədə Bakı Tikiş Evi ilə əlaqə saxladıq. 

Müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, məktəblərin açılması ilə bağlı qərar verilsə də, məktəbli formalarının satışında heç bir artım yoxdur:

“Qərar yeni verilib. Hələlik heç bir artım yoxdur. Gözləyən də var, alan da var. Bəlkə bundan sonra formaların satılması ilə bağlı artım olar”.

E.Əzimov qeyd edib ki, 2017-ci ildən bəri məktəbli formalarının qiymətində heç bir dəyişiklik yoxdur:

“I-VI siniflər üçün formalar 40 manat, VII-XI siniflər üçün formalar 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eyni zamanda, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manat təşkil edir”.