“Karabakh is Azerbaijan!” Milli Platforması Qarabağda açılacaq kitabxanalar üçün yeni layihəyə başladı

0
330

“Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.

“Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır.

Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra həmin kitablar işğaldan azad edilən rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.

Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq.  

Koordinatorun sözlərinə görə, artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1 000-dən artıq kitab toplayıblar.

Layihəyə https://www.facebook.com/KarabakhIsAzerbaijan1/ üzərindən qoşulmaq olar.