Dövlət proqramının icrasının qiymətləndirilməsi – Üçüncü tərəflərdən məlumatlar alınacaq

0
275

Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə məlumatların yığılmasında və emalında üçüncü tərəflərdən məlumatlar əldə ediləcək.

Bu barədə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda bildirilir.

Dövlət proqramının icra vəziyyətinin monitorinqi üzrə metodologiyada əlaqələndirici orqanın (qurumun) təqdim etdiyi hesabatların və təsdiqedici sənədlərin təhlili də yer alır.

Həmçinin tədbirin icra vəziyyətinin müəyyən olunması məqsədilə sənədlərin təhlili, aidiyyəti dövlət orqanları (qurumları) ilə və mütəxəssislərlə müzakirələrin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, martın 6-da Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.