Gizli toy keçirən şadlıq evi görün kimə məxsus imiş…

0
442

Xəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşları şadlıq evində toy məclisi keçirənləri saxlayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Eyforiya” zalında gizli şəkildə toy mərasiminin keçirildiyi haqda polisə məlumat daxil olub. Yasamal polisinin əməliyyatı zamanı fakt təqdiqlənib və toyda iştirak edən 70 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sözügedən restoran sabiq hərbi komissar və deputat Əliağa Hüseynova aiddir.