Dünya Bankından Azərbaycanla bağlı PROQNOZ

0
466

Dünya Bankı 2021-2022-cü illər üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz verib.

Bu barədə Bankın 2021-ci ilin ilk “Qlobal İqtisadi Perspektivlər” hesabatında məlumat verilib.

Bu il, yəni 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz böyüyəcəyi proqnozlaşdırılıb. 2022-ci ildə isə ölkə iqtisadiyyatının 4,5 faiz böyüyəcəyi gözlənilir. Ötən il, yəni 2020-ci ildə ümumi daxili məhsulun istehsal həcminə görə Azərbaycan iqtisadiyyatının 5 faiz kiçildiyi bildirilib.

Qeyd edilib ki, Cənubi Qafqaz regionunda iqtisadi böyümənin fonunda istehlakçı və işgüzar inamın yaxşılaşdırılması ilə yanaşı, turizm bərpa edildiyi üçün iqtisadi artımın 2,5 faiz olacağı gözlənilir.

Azərbaycanda isə neft qiymətləri stabilləşdiyindən, iqtisadiyyata investisiyalar artdığından və yenidənqurma xərcləri iqtisadiyyata qazanıldığından gələcək üçün proqnozda fəaliyyətin genişlənəcəyi gözlənilir.

Azərbaycan-Ermənistan arasında sülh bəyanatının imzalanmasının bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcəyi proqnozlaşdırılıb.