Kreml: Zelenski Putinin qəlbinə toxundu

0
335

Ukrayna prezidentinin II Dünya müharibəsinin başlanmasında SSRİ-ni Hitler Almaniyası ilə bərabərləşdirməsi böyük səhv idi.Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Bu sözlər yalnız Putinin deyil, eyni zamanda veteranların, ümumiyyətlə keçmiş SSRİ ərazisində yaşayan, uluları bu müharibədə iştirak etmiş hər kəsin qəlbinə toxundu”, – deyə Kreml sözçüsü bildirib.

Qeyd edək ki, Ukrayna dövlət başçısı Vladimir Zelenski Polşada səfərdə olan zaman II Dünya müharibəsinin başlanmasında nasist Almaniyası ilə yanaşı, SSRİ-ni də günahlandırmışdı. O, Polşanın totalitar rejimlərin sövdələşməsini hiss edən ilk ölkə olduğunu söyləmişdi.