İzmirdə zəlzələdə həlak olanların sayı 98 nəfərə çatdı…

0
400

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 98 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub, onlardan 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.