Rasim Məmmədov: “Ədalətsizliyə qarşı ədalət…”

0
837

“İldə bir dəfə ölkə prezidentinin Şəhid Milli Qəhrəman ailələləri ilə görüşü ən böyük ictimai nəzarətdir”

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası və Sabitlik İnkişaf Mərkəzinin sədri Rasim Məmmədov bu sözləri dünən Qeyri Hökümət Təşkilatları evində Milli Qəhrəmanların ailə üzvləri ilə görüşdə söyləmişdir.

Hər zaman humanist dünyagörüşü, mübariz çıxışları, ölkənin sosial-mədəni problemlərinin həlli yolunda kreativ fikirləri, cəsarətli əməlləri ilə fərqlənən ictimai xadim Rasim Məmmədov bu görüşdə də şəhid Milli Qəhrəmanların ailə üzvlərinin qayğılarına həssas yanaşmanın əhəmiyyətinin diqqət mərkəzində olmasının vacibliyindən danışdı:

“Dünyada düzəlməyən iş yoxdur. Əsas odur ki, hər bir işə düzgün yanaşılsın. Ölkəmizdə cəmiyyətin, insanlığın problemi var, narahatçılığı var. İctimai Nəzarət Koalisiyası cənab Prezidentin ölkə əhalisinə olan sevgisindən yaranan bir sosial dayaqdır. İctimai Nəzarət xalqın öz vicdanı qarşısında hesabatı deməkdir.

Yaşadığımız bu rahat gün şəhid övladlarımızın qanı hesabına əldə olunub və olunur.

Ən gözəl həyatı varlıq olan sabitlik və inkişaf yolunda ölkədə aparılan mübarizənin nəticələri bəlli olsa da onu qorumaq heç də asan məsələ deyil. Hər birimiz bunun üçün əlimizdən gələni etməliyik.

Bəzi savadsız, düşüncəsiz, təfəkkürsüz insanların qarşısında qürurlu, başı uca görünməyimiz üçün şəxsi idarə gücümüzə güvənməliyik. Daima maariflənməliyik, maariflənməyə çağırmalıyıq, dəstək olmalı, yardım etməliyik.

Haqq səsimizi, istək və arzularımızı bizi sevən Prezidentə çatdırılması üçün nümunəvi vətəndaş olmağın da vacibliyini unutmamalıyıq.

Mən sizin qarşınızda baş əyirəm. Hər birimizə qarşı olan ədalətsizliyi ədalətsizliklə bərpa etmək mümkün deyil. İnanıram ki, ölkə Prezidentinin ətrafında sıx birləşməyimiz, bir-birimizə olan sevgimiz bizə qarşı olan ədalətsizliklərin doğru yola yönəldilməsi yolunda əvəzedilməz bir güc olacaq…

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

“İctimaixeber.az”