FHN: Xırdalanda və Binə ticarət mərkəzində yığılan yağış suyu çəkilir

0
560

Xırdalanda və Binə ticarət mərkəzində yığılan yağış suyu çəkilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN bildirir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işlərini davam etdirirlər.