Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.
Hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.
Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.





