Çürümüş kartofdan ölü buzova qədər: İnsanlar ən iyrənc qoxuları açıqladı

“Reddit” istifadəçiləri ən iyrənc hesab etdikləri qoxular barədə danışıblar.

Onlar təcrübələrini platformanın “AskReddit” bölməsində bölüşüblər.

İstifadəçilərin bir çoxu çürümüş kartof qoxusunu ən dözülməz qoxulardan biri kimi xarakterizə edib. Onlar bu qoxu ilə evlərinin zirzəmisində və ya yaşlı qohumlarının mənzillərində rastlaşdıqlarını bildiriblər. Qeyd olunub ki, çürüyən kartofdan zəhərli qazlar ayrıla bilər.

Bəzi istifadəçilər isə küçədə yaşayan və tibbi xidmətlərə çıxışı olmayan insanlarla bağlı ağır təcrübələrini bölüşüblər. Onlardan biri xəstəxanaya apardıqları evsiz kişinin vəziyyətinin çox ağır olduğunu və ətrafında kəskin qoxusunun yayıldığını yazıb.

Başqa bir qadın isə inəyinin ölü buzov dünyaya gətirməsi zamanı dəhşətli qoxu hiss etdiyini bildirib. Onun sözlərinə görə, heyvan təxminən iki gün bala verə bilməyib. Bununla belə, növbəti il inək sağlam buzov dünyaya gətirib.