Rusiyanın bir sıra varlı iş adamları Vladimir Putinin hakimiyyətdən getməsindən sonrakı siyasi və iqtisadi vəziyyət barədə düşünməyə başlayıblar. BBC-nin araşdırmasına görə, ölkənin biznes elitası gələcəkdə siyasi təsirlərini yenidən artırmaq imkanlarını nəzərdən keçirir.
Məqalədə bildirilir ki, 1990-cı illərdə Rusiyada iri biznes nümayəndələri siyasi qərarlara ciddi təsir göstərə bilirdilər.
Putinin hakimiyyətə gəlməsindən sonra isə oliqarxların siyasi imkanları xeyli məhdudlaşdırılıb və Kreml onların fəaliyyətinə daha sərt nəzarət etməyə başlayıb.
Araşdırmada qeyd olunur ki, bəzi milyarderlər üçüncü ssenariyə daha çox üstünlük verə bilərlər. Çünki belə bir sistem onların siyasi qərarlara təsir imkanlarını genişləndirə bilər.
Bununla belə, Rusiyada hakimiyyətin nə vaxt və hansı şəraitdə dəyişəcəyi məlum deyil. BBC-nin materialı oliqarxların hazırkı siyasi sistem daxilindəki mövqelərini və gələcəyə dair ehtimallarını təhlil edir.



