İlham Əliyev və Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.

Bu barədə APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.