Azərbaycanın 20-dən çox rayonunda istilik mövsümü başlayır: Hansı işlər görülüb? 

“Noyabr ayının 1-dən ölkənin 26 dağlıq və dağətəyi rayonunda istilik mövsümü başlayacaq və bu mövsüm mayın 1-ə qədər davam edəcək. Bütün respublika üzrə isə mövsüm noyabrın 15-də başlayacaq və aprelin 15-ə qədər davam edəcək.”

Bu məlumatı açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı verib.

Azərbaycanın 20-dən çox rayonunda istilik mövsümü başlayır: Hansı işlər görülüb? - Foto

O qeyd edib ki, istilik mövsümünə hazırlıq işləri çərçivəsində ümumilikdə 12 153 metr istilik xətti dəyişdirilərək yenilənib, 212 qazan aqreqatı təmir edilib.

“Onlardan 30-u əsaslı, 182-si isə cari təmir olunub. 1 131 qazanın qızma səthi mexaniki üsulla təmizlənib. Həmçinin 875 müxtəlif diametrli dirsək dəyişdirilib, istilik xətlərində 5 458 kvadratmetr izolyasiya örtüyü təmir edilib. Görülən işlər çərçivəsində 5 282 siyirtməyə cari təmir aparılıb, 312 siyirtmə isə yenisi ilə əvəzlənib. Eyni zamanda, 22 dəst nasos yenisi ilə dəyişdirilib, 1 053 hava vuran qurğu təmir olunub”, – deyə E. Basqallı bildirib.

Azərbaycanın 20-dən çox rayonunda istilik mövsümü başlayır: Hansı işlər görülüb? - Foto