Təyyarədə uçuş zamanı sərnişinlərin tez-tez şikayət etdiyi məsələlərdən biri salondakı temperaturun aşağı olmasıdır.
Bir çox insan bunun sadəcə sərnişinlərin rahatlığı ilə bağlı olduğunu düşünsə də, temperaturun sərin saxlanmasının başqa səbəbləri də var.
Təyyarənin salonunda temperaturun nisbətən aşağı olması sərnişinlərin özlərini pis hiss etməsinin qarşısını almağa kömək edə bilər. Xüsusilə uzun uçuşlarda kabinədə çox sayda insanın olması və məhdud hava dövranı səbəbindən temperaturun yüksəlməsi mümkündür.
Bundan əlavə, təyyarənin hərəkəti və kabin təzyiqi bəzi sərnişinlərdə istilik hissinin artmasına, narahatlıq və halsızlığa səbəb ola bilər. Bu səbəbdən aviaşirkətlər salon temperaturunu adətən sərin səviyyədə saxlayırlar.
Mütəxəssislər qeyd edirlər ki, sərnişinlərin temperatur hissi fərqli ola bilər. Buna görə də uçuş zamanı xüsusilə uzun səfərlərdə nazik üst geyim götürmək faydalıdır.
Təyyarədə soyuq hava ilə bağlı əsas səbəblərdən biri isə sərnişinlərin həddindən artıq isinməsinin qarşısını almaq və kabinədə komfortlu hava şəraitini qorumaqdır.



