Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin “Mançester Siti”yə qarşı iddialara münasibət bildirib.
Cümə günü məlum oldu ki, “şəhərlilər” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı demək olar ki, bütün ittihamlarda – bir ittiham istisna olmaqla – günahkar bilinib. Xatırladaq ki, 2023-cü ilin fevral ayında Premyer Liqa “Mançester Siti”ni 2009-2018-ci illər arasında 115 fərqli maliyyə qaydalarını pozmaqda ittiham etmişdi. Daha sonra “The Times” qəzeti bu rəqəmin 115 deyil, 130 olduğunu bildirmişdi: Premyer Liqa ilk dəfə ittihamları elan edəndə bəzi qaydalarla bağlı çaşqınlıq yaranmışdı.
Kin ITV-də bildirib:
“Bu, çoxdan gözlənilən bir şeydir. Bu, uzun müddətdir davam edir və mən Rodrinin açıqlamaları ilə qətiyyən razı deyiləm. Bu, klubun qərarı idi, onlar fırıldaq etmək qərarına gəldilər və son bir neçə ildə nə qazansalar da, cəzalandırılmağa layiqdirlər.
Haradan başlayıb haradan bitəcəyini dəqiq demək çətindir, amma onlar fırıldaq ediblər. Əgər günahkar bilinsələr, nəticələri ilə üzləşməlidirlər. Onların 114 ittiham üzrə günahkar bilinməsi şok idi? Bu, böyük xəbər idi”.



