Himalayda qar uçqunu: 14 nəfər itkin düşdü

Himalay dağlarında, Himlunq-Himal dağı yaxınlığındakı düşərgəyə qar uçqununun düşməsi nəticəsində azı 14 Nepal vətəndaşı itkin düşüb.

İtkin düşənlər ekspedisiya komandasının Nepal hissəsinin üzvləridir – onların arasında bələdçilər və xidməti heyət var.

Onlarla əlaqə bazar günü səhər tezdan kəsilib. Qəzet qeyd edir ki, itkin düşənlər arasında əcnəbi turistlər yoxdur, çünki hadisə baş verən zaman onlar hələ düşərgəyə çatmamışdılar. Onların gəlişi beş-altı gündən sonra gözlənilirdi.

Xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinləşir. Helikopterlər hazır vəziyyətdə gözləyirlər, lakin hələlik hava qalxa bilmirlər.

Qeyd edək ki, Himlunq-Himal dağının hündürlüyü 7 126 metr təşkil edir.