27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirilir.
Muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarlarını ziyarət edirlər.
Naxçıvan şəhərində və muxtar respublikanın rayon və kəndlərində keçirilən ziyarətlər zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir.



