“Ölü ulduz” alimlərin gözləmədiyi nəhəng zərbə dalğası yaratdı

Astronomlar ağ cırtdan ulduzun ətrafında mövcud nəzəriyyələrlə izahı çətin olan güclü zərbə dalğası müşahidə ediblər.

Bu barədə ScienceDaily sentyabrın 24-də yayımlanan araşdırmaya istinadən məlumat verib.

Müşahidələrə görə, ulduzun ətrafında belə bir hadisəni yaratması gözlənilən maddə diski aşkarlanmayıb. Buna baxmayaraq, zərbə dalğasının ən azı min ildir mövcud ola biləcəyi hesablanıb.

Alimlər ulduzun maqnit sahəsinin bu qəribə hadisədə rol oynaya biləcəyini düşünürlər, lakin mexanizm hələ tam izah olunmayıb.