Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 09:53-də qeydə alınıb. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ qısa müddət ərzində təşviş və qorxuya səbəb olsa da, hadisə nəticəsində hər hansı neqativ hal barədə məlumat daxil olmayıb.



