Tunis sahillərində içində İtaliyaya gedən miqrantların olduğu qayıq batıb. Qəzadan sonra göyərtədə olanların əksəriyyəti ilə əlaqə kəsilib.
Bu barədə “Reuters” agentliyi xəbər verir. İlkin məlumatlara görə, ən azı 13 nəfərin taleyi məlum deyil.
İki sərnişini xilas etmək mümkün olsa da, digərləri barədə hələlik məlumat yoxdur.



